Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Əlizaman
Paşayev Daşdəmir Əlizaman oğlu 1982-ci ildə Bakı şəhərində anadan olub. 1988-1996-cı illərdə 250 saylı orta məktəbdə təhsil alıb. 1996-1999-cü illərdə Cəmşid Naxcivanski hərbi liseydə oxuyub. 1999-2003-cü illərdə Ali Baş Komandalıq Akademiyasında təhsil alıb. Ailə idi. Dörd övladı var.
2003-cü ildə leytenant hərbi rütbəsində xidmətə başlamışdır. İsveçrə 6 ay kurs keçib. Kursdan sonra Xüsusi Təyinatlı kəşfiyyatçı dərəcəsini alıb. Azərbaycan Xüsusi Təyinatlıları Qüvvələrində xidmətə başlamışdır. Ali vəziyyəti əlaqədar olaraq Baş-leytenant rütbəsində ehtiyata buraxılmışdır.
ANS kanalında rəis müavini köməkçisi, Bakıda Ərəb səfirliyində, Bakı Metropolitenində yol xidmətində, Türkiyə Respublikasında, müxtəlif iş yerlərində və sonra maşın ustası kimi çalışmışdır.
Azərbaycan Ordusunun ehtiyyatda olan baş leytenant kimi Daşdəmir Paşayev 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə könüllü iştirak etmişdir. Mayor rütbəsində könüllülər üzərində komandir vəzifəsinə təyin olunmuşdur. Füzuli uğrunda döyüşlərdə iştirak etmişdir. 30 oktyabr 2020-ci ildə Şuşada şəhid olmuşdur.
9 noyabr 2020-ci ildə İkinci Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Daşdəmir Paşayev “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçusu Daşdəmir Paşayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilətəltif edilib
Vətənpərvər, cəsur, döyüşkən, intizamlı, peşəkar, bacarıqlı, mehriban insan olduğu bildirilir.
Ata: Paşayev Əlizaman Daşdəmir oğlu Ana: Paşayeva Məleykə Mətləb qızı Qardaş: Paşazadə Hüseyn Əlizaman oğlu Bacı: Süleymanova İlahə Əlizaman qızı Bacı: Qasımova Aidə Əlizaman qızı Həyat yoldaşı: Paşayeva Günay Qəzənfər qızı Oğlu: Paşazadə Əlizaman Daşdəmir oğlu Qızı: Paşazadə Məryəm Daşdəmir qızı Qızı: Paşazadə Zeynəb Daşdəmir qızı Qızı: Paşayeva Sofiya Daşdəmir qızı