Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Afiq
Paşayev Firdovsi Afiq oğlu 14 noyabr 2000-ci ildə Gədəbəy rayonunun Kəlaman kəndində anadan olmuşdur.
2007-2018-ci ildə E.İsgəndərov adına Hacılar kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ildə Gədəbəy rayon Peşə litseyini bitirib.
6 may 2020-ci ildə həqiqi hərbi xidmətə getmişdir. Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanmışdır. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşmüşdür. 14 oktyabr 2020-ci ildə yaralanmış komandirini və döyüş yoldaşlarını döyüş bölgəsindən çıxardaraq özü yenidən döyüşə qayıtmış, bu zamam düşmənin atdığı minamyot qəlpəsindən yaralanaraq şəhid olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Firdovsi Paşayev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Firdovsi Paşayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur, mərd, qorxmaz, vətənpərvər gənc olub.
Ata: Paşayev Afiq Mikayıl oğlu Ana: Paşayeva Şəhla Müzəffər qızı Bacı: Həsənova Gülnar Afiq oğlu