Paşayev Məhəbbət Vaqif
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Paşayev Məhəbbət Vaqif

Ata adı: Vaqif

🐣
Doğum — Şəki Bolludərə kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Oğuz Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məhəbbət Paşayev 5 avqust 1999-cu ildə Şəki rayon Bolludərə kəndində anadan olub. 2005-ci ildə Bolludərə kəndində birinci sinifə getmişdir. 2006-cı ildə ailəsi Oğuz şəhərinə köçmüş və Məhəbbət Paşayev təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirmişdir. 2016-cı ildə məktəb-liseyi bitirmişdir.
Məhəbbət Paşayev 26 aprel 2018-cı ildə Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goran, Ağcakənd, Ballıqaya bölgəsində yerinə yetirmişdir. Əsgəri xidmətdə olarkən öz borcunu ləyaqətlə yerinə yetirmiş, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə Fəxri Fərmanlara layiq görülmüşdür. 1 oktyabr 2019-cu ildə xidmətini uğurla başa vurmuşdur. Ordu sıralarından qayıtdıqdan sonra müxtəlif işlərdə işləmişdir. 2020-ci ilin avqustundan müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmətə başlamışdır.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan Məhəbbət Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərində savaşıb. Məhəbbət Paşayev Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Məhəbbət Paşayev sentyabr ayının 30-da Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəbbət Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məhəbbət Paşayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məhəbbət Paşayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məhəbbət Paşayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Məhəbbət çox şən, mehriban, həyat eşqli, yaşamaq həvəsli, ümüdli insan olmuşdur. Özündən çox başqa insanları düşünərdi və əlindən gələni edərdi. Ailəsi və digər yaxınları üçün hər zaman mərhəmətli, vicdanlı, qürurlu insan olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Oğuz rayonu 3 saylı orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Paşayev Vaqif Möylam oğlu Ana: Paşayeva Gülayət Qubud qızı Bacı: Şirinova Günel Vaqif qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər