Paşayev Samir Adışirin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Paşayev Samir Adışirin

Ata adı: Adışirin

🐣
Doğum — Bakı Binəqədi rayonu
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Bakı Biləcəri Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Paşayev Samir Adışirin oğlu 1999-cu il oktyabrın 7-də Bakı şəhərində anadan olmuşdur. Samir 4 yaşında yazıb oxuyurdu,  2005-ci ildə 100 saylı orta məktəbdə 1-ci sinifə 6 yaşı bitməmiş getmişdi. Yaşca sinifdə hamıdan balaca olsa da, fərqlənirdi və 11 il sinif nümayəndəsi olmuşdu. Orta məktəbi xüsusi, nümunəli şəhadətnamə və fərqlənmə atestatla bitirmiş və 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Üniversitetinin İnformasiya Texnologiyaları və İdarəetmə ( İTF) fakültəsinin Kompyüter Elmləri Mühəndisi ixtisasına 600 balla qəbul olmuşdu. Samir təhsilini xarici dildə almış və bu dilə mükəmməl yiyələnmişdi. 2020-ci ilin yayında universiteti bitirib, iyul ayının 23-də hərbi xidmətə yola düşmüşdü. Goranboy rayonu “N” saylı hərbi hissədə qulluq etmiş, sonra  Mingəçevirdəki  “N” saylı hərbi hissədə qulluq etmişdir.

Müharibə başlayan kimi Tərtər istiqamətində, Talış yüksəkliyinin alınmasında iştirak etmiş, Suqovuşan-Ağdərə istiqamətində döyüşmüşdü. Suqovuşanda üzündən qəlpə yarası alsa da, 7-8 saat döyüşmüşdür. Sonra bir neçə yaralı ilə geriyə, məntəqəyə gətirilərkən yolda avtomaşın düşmən tərəfindən vurulmuş və Samir yenidən yaralanmışdır. Maşın dərəyə düşmüş, Samirgil 3-4 saat mühasirədə qalmışlar. Həmin döyüşdə baş gizir də Samirin yanında mühasirədə olub. Onun dediyinə görə, Samir yaralı olsa da, bir neçə düşməni məhv edib. Əgər kömək gəlməsəydi, əsir düşəcəklərmiş. Kömək gəlib onları məntəqəyə apararkən Samir çoxlu qan itirdiyinə görə yolda sentyabrın 29-da şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Samir Paşayev ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Xatirələrdə Yaşayan Şəhid:

Yardımsevər, ailəcanlı ,zarafatcıl, valideynlərə bağlı insna idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Binəqədi rayonu 100 saylı tam orta məktəb
Ali Təhsil Azərbaycan Dövlət Neft və Sənayə Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Paşayev Adışirin Tapdıq oğlu Ana: Paşayeva Gültəkin Balabəy qızı Qardaş: Paşayev Asiman Adışirin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər