Paşazadə Cavid Telman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Paşazadə Cavid Telman

Ata adı: Telman

🐣
Doğum — Bakı Sulutəpə qəsəbəsi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Bakı Sulutəpə Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cavid Paşazadə 27 avqust 2001-ci ildə Bakıda Sulutəpə qəsəbəsində doğulub. Orta təhsilini bacıları ilə birlikdə 217 nömrəli orta məktəbdə alıb.

Üç bacının bir qardaşı olan Cavid bacısının doğum günündən bir gün öncə ailəsinə zəng edib. Özü yanlarında olmasa da, bacısı üçün ad günü keçirmələrini xahiş edib. Səhəri gün bacısının ad günündə şəhid olduğu xəbəri gəlib.
2019-cu ilin oktyabrın 1-də həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin oktyabrın 29-da Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 15 dekabr 2020-ci ildə əsgər Paşazadə Cavid Telman oğlu (ölümündən sonra) "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cavid Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Dostcanlı, mehriban, vətənpərvər insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Binəqədi rayonu, 217 saylı tam orta məktəb
İş Yeri Avtoservis
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Paşayev Telman Seyfulla oğlu Ana: Paşayeva Sədaqət Nail qızı Bacı: Paşazadə Mənicə Telman qızı Bacı: Paşazadə Xədicə Telman qızı Bacı: Paşazadə Zeynəb Telman qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər