Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Xıdır
2 iyul 1987-ci ildə Sabirabad rayonunun Qardaşkənd bölgəsində dünyaya gəlmişdir. 1992-ci ildə Sabirabad rayonu M.Məmmədov adına Nizamikənd tam orta məktəbinin birinci sinfinə qəbul olub.
Pənahov Bəhram Xıdır oğlu 2005-ci ildə Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıbƏsgərlik illəri Qazax rayonunun “N” saylı hərbi hissədə keçib. 2007-ci ildə hərbi xidməti müvəffəqiyyətlə başa vurub doğma kəndinə geri qayıdıb. Bəhram 12 iyul 2020-ci ildə Tovuz döyüşlərində iştitak etmişdir. Daha sonra Sabirabad rayon Hərbi Komissarlığına gedərək könüllü olaraq ordu sıralarına yazılır. Bəhram “N” saylı hərbi hissənin tərkibində Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonuncu döyüş əməliyyatı Xocavənd istiqamətində olub. Bəhram Pənahov müharibənin bitməsinə 9 saat qalmış , 9 noyabr 2020-ci il tarixdə son döyüşünü aparıb və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
20 noyabr 2020-ci ildə Sabirabad rayonu Nizamikəndində dəfn olunmuşdur.
Pənahov Bəhram Xıdır oğlu Vətən yolunda göstərdiyi rəşadətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti-İlahm Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”,”Döyüşlərdə fəqləndiyinə görə” və “Xocavəndin azad olunmasına görə”medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Pənahov Bəhram Xıdır oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ünsiyyətdə nəzakətli, davranışında mədəni olub. Kənd əhalisi arasında böyük hörmət qazanıb. Təşəbbüskar və bacarıqlı olub. Ailəcanlı olub, ailəsinin, ata anasının həmişə qayğısına qalıb.
Ata: Pənahov Xıdır Məhərrəm oğlu Ana: Pənahova Bəsti Dayandur qızı Həyat yoldaşı: Pənahova aynurə Əbülfət qızı Qızı: Pənahlı Zəhra Bəhram qızı Oğlu: Pənahlı Umid Bəhram oğlu Oğlu: Pənahlı Rəsul Bəhram oğlu