Pənahov Əkbər Bəylər
Kapitan
🇦🇿 Azərbaycan Şəhidi

Pənahov Əkbər Bəylər

Ata adı: Bəylər

🐣
Doğum — Gürcüstan Bornisi rayonu
🕊️
Şəhadət — Murovdağ Ömər aşırımı
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Kapitan
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər ⚔️ Murovdağ

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əkbər Pənahov 1990-cı il avqustun 12-də anadan olub. Ailəlidir, iki övladı var.

Azərbaycan Ordusunun kapitanı olan Əkbər Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əkbər Pənahov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Uzun müddət davam edən axtarış əməliyyatlarından sonra 10 iyul 2021-ci tarixində nəşi tapılıb. Şəhid 12 iyul tarixində II Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamı ilə Əkbər Pənahov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əkbər Pənahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əkbər Pənahov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətəninə çox bağlı idi. Heç vaxt işi ilə bağlı məlumat verməzdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 269 nömrəli tam orta məktəb
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Pənahov Bəylər Binnət oğlu Ana: Alməmmədova Mayqa Haley qızı Həyat yoldaşı: Pənahova Vüsalə Nürəddin qızı Oğlu: Pənahlı Rəsul Əkbər oğlu Oğlu: Pənahlı Cavidan Əkbər oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər