Piriyev Raul Zabid
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Piriyev Raul Zabid

Ata adı: Zabid

🐣
Doğum — Şəmkir Kür qəsəbəsi
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer Bakı Maştağa Şəhidlər Xiyaban
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Raul Piriyev 4 iyun 1997-ci ildə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olmuşdur. 2003-2006-cı ildə H.Z. Tağıyev adına Şəmkir rayon Kür qəsəbə tam orta məktəbdə, 2006-2015-ci illərdə F. Bayramov adına Bakı şəhər Sabunçu rayon 22 saylı tam orta məktəbdə təhsilini almışdır. 2015-ci ildə Azərbaycan Texniki Universitetinin Dəmiryolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi fakültəsinə qəbul olmuşdur. 2019-cu ildə universitetdən məzun olaraq hərbi xidmətə yollanmışdır. Subay idi.
Raul Piriyev 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Əvvəlcə, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Nümunəvi xidmətinə görə Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunmuş və Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Raul Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Raul Piriyev 13 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Maştağa qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raul Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Raul Piriyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Raul Piriyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Raul Piriyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Raul Piriyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənini sevən, mehriban, dostcanlı insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Firuz Bayramov adına 22 nömrəli məktəb
Ali Təhsil Azərbaycan Texniki Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Piriyev Zabid İsmayıl oğlu Ana: Musayeva Nəcibə Alı qızı Qardaş: Piriyev Rauf Zabid oğlu Qardaş: Piriyev Natiq Zabid oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər