Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əli
İsmayıl Qabilov 1983-cü il iyulun 15-də Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində anadan olub. 1993-cü ildə Kəlbəcər rayonunun erməni silahlı dəstələri tərəfindən işğal edilməsindən sonra Qabilovlar ailəsi Gəncə şəhərinin Gülüstan qəsəbəsində yaşamağa başlayıblar. Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun çavuşu olan İsmayıl Qabilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İsmayıl Qabilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 05.12.2020-ci il tarixində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qabilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qabilov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsmayıl Qabilov ölümündən sonra "Igidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, İsmayıl Qabilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənini, bayrağını sevən, səmimi, mehriban, saf, gülərüz, diqqətcil, bacarıqlı insan olub. Cəsur ayıqsayıq əsl döyüşçü idi.
Ata: Qabilov Əli Misir oğlu; vəfat edib Ana: Qabilova Aybəniz Zeynalabdin qızı Həyat yoldaşı: Qabilova Nəsibə Ədil qızı Qızı: Qabilova Səba İsmayıl qızı Oğlu: Qabilov Canəli İsmayıl oğlu Qardaş: Qabilov Alım Əli oğlu Qardaş: Qələndərov Elçin Əli oğlu Qardaş: Qabilov Pənahəli Əli oğlu