Qaflanov Şixamir Oruc
Mayor
🇦🇿 Azərbaycan Şəhidi

Qaflanov Şixamir Oruc

Ata adı: Oruc

🐣
Doğum — Zaqatala III Tala kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Zaqatala III Tala kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mayor
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Vətən Müharibəsi Qəhrəmanı medalı

Vətən Müharibəsi Qəhrəmanı medalı

Vətən Müharibəsi Qəhrəmanı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şixamir Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Dombabinə (hal-hazırda Üçüncü Tala) kəndində anadan olmuşdur. O, Oruc Qaflanov və Mominət Qaflanovanın dörd övladından sonuncu idi. Onun bir qardaşı — Asif Qaflanov 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşmışdır, bir qardaşı — Qurban Qaflanov isə Daxili Qoşunların "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin sıralarında xidmət edir.
Şixamir Qaflanov 1993-cü ildə Zaqatala rayonunda Dombabinə Kənd tam orta mətəbin birinci sinfinə daxil olmuşdur və 2004-cü ildə oradan məzun olmuşdur.
Şıxamir Qaflanov ailəli idi. Dörd aylıq Mədinə adında bir qızı yadigar qalmışdır.
Tam orta təhsilini başa vurduğdan sonra Şixamir Qaflanov, 2005-ci ilin yanvar ayında Zaqatala Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, 2005-ci ilin yanvar ayından 2006-cı ilin iyul ayına qədər Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin sıralarıda sıralarında xidmət eləmişdir.

2006-cı ilin iyul ayında Azərbaycan Ordusunun sıralarından tərxis olunan Şıxamir Qaflanov, bir müddət sonra — 2007-ci ilin aprel ayında Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət eləməyə başlamışdır.

Şıxamir Qaflanovun əsas arzularından biri Daxili Qoşunlarının zabit olmaq idi. Buna görə də o, 2008-ci il ildə Daxili İşlər Nazirliyinin (DİN) nəzdində fəaliyyət göstərən Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə "leytenant" hərbi rütbəsi alaraq təhsilini başa vurmuşdur.

Leytenant Şixamir Qaflanov 2010-cu ildə Daxili Qoşunların Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətini davam eləmişdir.

Şıxamir Qaflanov 2012-ci ilin oktyabr ayından dekabr ayına qədər İzmir ilinin Foça ilçəsində Jandarma Komandan Məktəbi və Təlim Mərkəzi Komandanlığında "Zabit Komando" Kurslarında təhsil almışdır.

2019-cu ilin fevral ayından iyun ayına qədər isə Şıxamir Qaflanov, İzmir ilinin Foça ilçəsində Jandarma Komandan Məktəbi və Təlim Mərkəzi Komandanlığında "Jandarma Komando" Kurslarında təhsil almışdır.

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.

Sentyabrın 27-də "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri Şixamir Qaflanov və 40 nəfərdən ibarət olan şəxsi heyət Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşmağa başlamışdır. Dəstənin birinci döyüşü Füzuli rayonunun Qaraxanbəyli istiqamətində olmuşdur. Səhər saatlarında başlanan döyüşlərin nəticəsi olaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında mövcud olan təmas xətti yarılmışdır və Qaraxanbəyli 27 il davam edən işğaldan azad edilmişdir. Həmin döyüşlərdə dəstənin şəxsi heyəti şəhid verməmişdir.

Daha sonra "Bəbir" Xüsusi Təyinatlı Dəstəsi Cəbrayıl rayonunun Lələtəpə istiqamətindən başlayaraq Arazboyu əməliyyatlara qatılmışdır. Döyüşlərin nəticəsi olaraq Cəbrayıl istiqamətidə olan əlverilşli mövqelər, həmçinin yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfinən işğaldan azad edilmişdir
"Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri Şixamir Qaflanovun son döyüşü oktyabrın 19-da saat 16:00 radələrində Xocavənd rayonu istiqamətində şəhid olmuşdur. Döyüş tapşırığına əsasən strateji əhəmiyyətə sahib olan mövqe ermənilərdən təmizlənməli idi. Həmin strateji mövqenin bir istiqaməti Laçın dəhlizinə, bir istiqaməti isə Füzuli rayonuna aparırdı.

Həmin döyüşə qədər Şixamir Qaflanovun rəhbəri olduğu "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin şəxsi heyətində bir nəfər belə şəhid verilməmişdir. Həmin döyüşlərdə Şixamir Qaflanovdan başqa 3 nəfər hərbi qulluqçu da şəhid olmuşdur — baş çavuş Sahib Yaşar oğlu Məmmədov, baş çavuş Surxay Zülfi oğlu Mehdiyev və çavuş Sənan Muxtar oğlu Ələsgərzadə.

Bir çox döyüşlərdə Ermənistan Ordusunun mühasirəsində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərini xilas edib, Ermənistan Ordusunun canlı qüvvəsini məhv edib. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şixamir Qaflanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün isə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Şixamir Qaflanovun şəxsi əşyaları muzeyin əməkdaşı Aygün Quliyeva vasitəsilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Qardaşının dediklərinə əsasən, çox vətənpərvər, ailəsinə dostlarına və qohumlarına bağlı insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Zaqatala rayonu, A. Qurbanov adına III Tala kənd tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Daxili Qoşunları
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ana: Qaflanova Möminət Ramazan qızı Qardaş: Qaflanov Asif Oruc oğlu Qardaş: Qaflanov Vasif Oruc oğlu Qardaş: Qaflanov Qurban Oruc oğlu Həyat yoldaşı: Qaflanova Solmaz Habil qızı Qızı: Qaflanova Mədinə Şixamir qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər