Qanıyev İsaxan İsaman
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Qanıyev İsaxan İsaman

Ata adı: İsaman

🐣
Doğum — Şamaxı
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Şamaxı Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İsaxan Qanıyev 1985-ci il noyabrın 11-də Şamaxı şəhərində anadan olub.  Ailəli idi. Üç oğlu, bir qızı yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan İsaxan Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. İsaxan Qanıyev sentyabrın 27-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qanıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qanıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsaxan Qanıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsaxan Qaniyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, vətənpərvər, qayğıkeş, mərd bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şamaxi rayonu Texniki Hümanitar Liseyi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Qanıyev İsaman Əlsahab oğlu Ana: Qanıyeva Əminə Şirməmməd qızı Həyat yoldaşı: Qanıyeva Kamilə Əlikram qızı Qızı: Qanıyeva Fatimə İsaxan qızı Oğlu: Qanıyeva Səid İsaxan oğlu Oğlu: Qanıyev Adəm İsaxan oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər