Qarayev Amal Ədalət
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qarayev Amal Ədalət

Ata adı: Ədalət

🐣
Doğum — Yardımlı Ərus kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Yardımlı Ərus kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Amal Qarayev 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Ərus kəndində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Amal Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Qarayev oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amal Qarayev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ata: Oğlum Amal, vətənpərvərliyi ilə xüsusi olaraq seçilirdi. Öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrə qatılmaq istəmişdi. Amal həmçinin öz sadəliyi və səmimiliyi ilə seçilirdi. O sanki, qohumlarımız və yaxınlarımız arasında bir körpü idi. Bizimlə sonuncu telefon əlaqəsi oktyabrın 1- i baş tutdu. Oğlumla fəxr edirəm! Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhər, Fizika-Riyaziyyat təmayül liseyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qarayev Ədalət Mirzəkişi oğlu Ana: Yaqubova Rəsmiyyə Sahratxan qızı Bacı: Ədalətli Pəri Ədalət qızı Qardaş: Qarayev Xəyal Ədalət oğlu Qardaş: Qarayev Ramal Ədalət oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər