Qarayev Anar Çingiz
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qarayev Anar Çingiz

Ata adı: Çingiz

🐣
Doğum — Qax Almalı kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Qax Almalı kəndi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Anar Qarayev 1998-ci il iyun ayının 16-si Qax rayonunun Almalı kəndində anadan olub. O, doğulduğu kənddə böyüyüb və həmin kəndin orta məktəbində təhsil alıb. Anar 2016-cı ildə UNEC Zaqatala filialına qəbul olub, universiteti fərqlənmə ilə bitirib. O, unversitetdə oxuduğu müddətdə heç bir müəllim yanına getmədən ərəb, alman, ingilis və rus dillərini təmiz öyrənib.
Anar 2020-ci il iyulun 10-da Goranboy rayonu “N” saylı hərbi hissəsində əsgəri xidmətə başlayıb, sentyabrın 15-də Ağdamın “N” saylı hərbi xidmətini davam etdirib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Döyüşçü yoldaşı, Turan Quşiyevin Anar Qarayev haqqında xatirələri:

" Anar əsgərlik həyatına başladığı gündən hamıya sevdirmişdi özünü. Bilikli olduğu qədər də çox cəsarətli idi. O, qəhrəmanlıqla vuruşurdu. Canavar kimi, cəsarətlə addımını irəli atırdı. Ailənin nəsil davamçısı kimi sıradan bir oğul olmadığını sübut etdi və daha böyük missiya ilə həyata gəldiyini düşünməyə əsas verdi. Suqovuşanda düşmənin atdığı mərmidən bəzilərimiz yaralandıq, Anar və başqa döyüşçülərimiz şəhid düşdülər. Anar tariximizi yaxşı bilirdi. O, Azərbaycan tarixinin hansı səhifəsindən istəsən diskussiya açır, isbatla, faktlarla şərh verirdi. Cəsarət və fəallığına görə o, batalyon komandirindən təltif də almışdı. O, fədaidir! Vətən uğrunda canından keçdi. Onun əziz xatirəsi hər zaman yaddaşımızda yaşayacaq. "
Anar Qarayev 4 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşdə şəhid olub. Qaxın Almalı kəndində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Anar Qarayev  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Çox vətənpərvər və çox güclü kəşfiyyatçı idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qax rayonu, Almalı kənd orta məktəb
Ali Təhsil Azərbaycan Dövlət İqtisad Universiteti
İş Yeri H.Əliyev adına Beynəlxalq Hava Limanı
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qarayev Çingiz Allahverdi oğlu Ana: Qarayeva Afiyyət Qərib qızı Qardaş: Qarayev Allahverdi Çingiz oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər