Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Qalib
Elnur Qarayev 13 noyabr 1996-cı ildə Şirvanda anadan olmuşdur. Orta təhsilini S.Hüseynov adına Şirvan şəhər 1 nömrəli tam orta məktəbdə alıb.Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elnur Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il noyabrın 2-də qəhrəmancasına şəhid olmuşdur. Elnur Qarayev 2020-ci il noyabrın 18-də Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Elnur Qarayev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Tərbiyəli, ağıllı, danışıb-gülən, ailəcanlı, mehriban, böyüklərə hörmət edən, torpağını və xalqını çox sevən, igid şəxs idi.
Ata: Qarayev Qalib Bibiqulu oğlu Ana: Qarayeva Mahirə Məhərrəm qızı Həyat yoldaşı: Qarayeva Vüsalə İsrafil qızı Övladı: Qarayeva Zəhra Elnur qızı