Qarazadə Nicat Malik
Кiçik gizir
🇦🇿 Azərbaycan Şəhidi

Qarazadə Nicat Malik

Ata adı: Malik

🐣
Doğum — Biləsuvar İsmətli kəndi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Кiçik gizir
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nicat Qarazadə 24 oktyabr 2002-ci ildə Biləsuvar rayonunun İsmətli kəndi anadan olmuşdur.Ailəsi ilə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində məskunlaşmışdır. 2008-2019-cu illərdə Abşeron rayon Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbdə orta təhsil almışdır. Subay idi.
Nicat Qarazadə 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Sonra isə Xüsusi Təyinatlı Qüvvələrin kursundan keçərək burada müddətdən artıq hərbi xidmət edən Nicat Qarazadə 2022-ci ilin martından Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin snayperi kimi iştirak edən Nicat Qarazadə 16 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən artilleriya zərbəsinə tuş gələrək şəhid olmuşdur. Bir gün sonra nəşi yaşadığı Abşeron rayonunun Ceyranbatan qəsəbəsinə gətirilmiş və sonra II Şəhidlər Xiyabanında dəfn edilmişdir. Mərasimdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov, dövlət rəsmiləri, deputatlar, Nicat Qarazadənin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nicat Qarazadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Əmisi oğlu Hüseyn Qarazadə: Əsgərliyini bitirib XTQ-yə getmişdi. Bibim oğlunun qisasını alacam deyirdi. Neytralda qalıb, döyüş yoldaşları ilə 3 gün döyüşüb. Artilleriya atəşinə düşüb və Kəlbəcərdə şəhid olub. Subay idi, öz aramızda ona Əlifağa deyərdik…"

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 saylı orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qarayev Malik Qaraxan oğlu Ana: Abbasova Nuridə Ayaz qızı Qardaş: Qarazadə Nahid Malik oğlu Bacı: Qarazadə Gülanə Malik qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər