Qasımlı Mir Həmid Nazim
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qasımlı Mir Həmid Nazim

Ata adı: Nazim

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mir Həmid Qasımlı 29 sentyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. Əslən Xızı rayonundan idi. 2012-ci ildə 240 nömrəli orta məktəbi bitirib.
Mir Həmid Qasımlı 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində hərbi xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Mir Həmid Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonları istiqamətində döyüşüb.

Mir Həmid Qasımlı 2020-ci il oktyabrın 21-də Füzuli uğrunda döyüşlər zamanı şəhid olub. Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mir Həmid Qasımlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Mir Həmid Qasımlı “Füzulinin azad olunmasına görə” medalı ilə ilə tətif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Mir Həmid Qasımlı   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər ruhda böyüyən şəhidimiz dininə bağlı, inanclı biri olmuşdur. O, şəhidlik zirvəsinə ucalacağını oz yuxusunda görmüş, bunu valideynlərinə bildirmişdi. Çox mehriban, gülərüz, diqqətcil və səbirli biri idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 240 saylı orta məktəb
Ali Təhsil Ukrayna Beynəlxalq Avropa Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qasımov Nazim Mirnağı oğlu Ana: Qasımova Raziyə Miri qızı Qardaş: Qasımov Mircavad Nazim oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər