Qasımlı Muxtar Əli
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Qasımlı Muxtar Əli

Ata adı: Əli

🐣
Doğum — Bakı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Xəzər rayonu, Qala qəsəbəsi, Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2009-cu ildə məktəbi bitirmişdir. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kidboksing fakültəsi üzrə Bakalavr təhsili almışdır. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülmüşdür.
Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlik kursuna yazılır. 2014-cü ildə ordu sıralarından ehtiyata buraxılır.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 2-də Füzuli döyüşlərində əsgər yoldaşlarını döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olmuşdur.  Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Muxtar Qasımlı Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, İgidliyə görə, Vətən uğrunda medalları ilə   və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə  tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Uşaqlıqdan vətənpərvər olub. İradəli və güclü insan olub. Bodibildinqlə məşğul olub. Bodibildinq üzrə məşqçi olub. Bu sahədə Azərbaycan çempionu olub. Haqqında 20-ə yaxın sənədli film çəkilib.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Əhmədli qəsəbəsi, 287 saylı Zəkalar litseyi
Ali Təhsil Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
İş Yeri “Azergold” ASC
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qasımov Əli Muxtar oğlu Ana: Qasımova Almaz İsgəndər qızı Qardaş: Qasımlı Kənan Əli oğlu Qardaş: Qasımlı Orxan Əli oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər