Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Yaqub
Azər Qasımov 1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub.
Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Ailəli idi 4 övladı yadigar qalıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Azər Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Anasının dediyinə görə vətənpərvər, gözəl ailə başçısı, işinə məsuliyyətli, gülərüz bir insan olub.
Ata: Qasımov Yaqub Zeynal oğlu Ana: Qasımova İsmira Bayram qızı Heyat yoldaşı: Qasımova Nailə İlyas qızı Oğlu: Qasımov Yaqub Azər oğlu Qızı: Qasımzadə Ayan Azər qızı Oğlu: Qasımzadə Yusif Azər oğlu Qızı: Qasımzadə Gülay Azər qızı