Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əhməd
Baba Qasımov 1989-cu il noyabrın 1-də Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. Azərbaycan Ordusunun giziri olan Baba Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Baba Qasımov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub. Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baba Qasımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vətən qarşısında borcunu yerinə yetirərkən gələcək telehini də müəyyənləşdirir. Ordudan təxris olunandan sonra 2014-cü ildə yenidən xidmətə qayıdır. Xidməti dövründə şəxsi heyyətin eləcə də komandirlərinin hörmətini qazanır.
Ata: Qasımov Əhməd Baba oğlu Ana: Qasımova Gülşən Səttar qızı Həyat yoldaşı: Qasımova Günay Əjdər qızı Oğlu: Qasımzadə Əhməd Baba oğlu Oğlu : Qasımzadə Əlimehdi Baba oğlu Qızı:Qasımzadə Fatima Baba qızı