Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Xəqani
Qasımov Cahan Xəqani oğlu 2001-ci il matın 19-da İsmayıllı rayonun Qalınçaq kəndində anadan olub. Qasımov Cahan təhsilini İsmayıllı rayon Qalınçaq kənd tam orta məktəbində alıb.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qasımov Cahan Xəqani oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. O, sentyabrın 30-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında şəhid olub.
Qasımov Cahan Qalınçaq kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qasımov Cahan ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, vətənpərvər inan idi.
Ata: Qasımov Xəqani Cahan oğlu Ana: Qasımova Tahirə Yadulla qızı Həyat yoldaşı: Qasımova Tamam Şahverən qızı Qardaş: Qasımov Fərahim Xəqani oğlu Bacı: Məmmədova Xəyalə Xəqani qızı