Qasımov Əli İbrahim
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qasımov Əli İbrahim

Ata adı: İbrahim

🐣
Doğum — Bakı Nərimanov rayonu
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Tovuz Hacıallı kəndi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əli İbrahim oğlu Qasımov 20 may 2001-ci ildə anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Əli Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Ağdərə istiqamətində şəhid olub.

2020-ci ildə Azərbaycan Ordusu sıralarında əsgər kimi müddətli həqiqi xidmətə çağırılıb. O, Azərbaycanın suverenliyi və ərazi bütövlü uğurunda 27 sentyabr 2020-ci ildə başlanan və Müzəffər Ordumuzun qələbəsi ilə bitən Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Əli Qasımov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əli Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, istiqanlı, hər işə məsuliyyətli,vətənpərvər, bayrağa böyük məhəbbət bəsləyən biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Nərimanov rayonu, 73 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qasımov İbrahim Əli oğlu Ana: Qasımova Aynur Kavı qızı Qardaş: Qasımov Taleh İbrahim oğlu Qardaş: Qasımov Məhəmməd İbrahim oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər