Qasımov Elman Yunis
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qasımov Elman Yunis

Ata adı: Yunis

🐣
Doğum — Hacıqabul
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Hacıqabul Udulu kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elman Qasımov Yunis oğlu 8 noyabr 1999-cu ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunda anadan olmuştur. 2005-ci ildə Hacıqabul rayonunun Udulu kəndinin tam orta məktəbinə daxil olmuşdur. 2016-ci ildə isə, həmin məktəbin məzunu olmuşdur. Eyni ilin iyul ayında, Gəncə Dövlət Regional Kollecinə daxil olmuşdur. Hələ uşaq yaşlarından idmana marağı olduğundan, idman ixtisasını seçmək qərarına gəlmişdir. 2019-cu ildə isə, kolleci bitirmişdir.
Elman Qasımov 2019-cu ilin iyul ayında müddətli hərbi xitmətə yollanmışdır. Hərbi xidmətdən dönməsinə bir neçə ay qalmış, 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır. Elman Vətən müharibəsinə qatılaraq, düşmən tapdağı altında olan torpağlarımızın azadlığı uğrunda böyük sücaət göstərmişdir. Elman Qasımov Tərtər rayonunun Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştrak etmiş və böyük sücaət göstərmişdir. 9 oktyabr 2020-ci il tarixində isə, Tərtər rayonunun Suqovuşan kəndində düşmən ordusu tərəfindən mühasirəyə düşürək şəhidlik zirvəsinə ucalmışdır. 28 noyabr 2020-ci ildə isə, nəşi ailəsinə təhvil verilmişdir və böyüyüb başa çatdığı Hacıqabul rayonunun Udulu kəndində böyük izdihamla dəfn edilib.

Elman Qasımov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Təmkinli, ağıllı, mehriban, ailəyə qarşı qayğıkeş insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Hacıqabul rayon, Udulu kənd tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qasımov Yunis Hüseyn oğlu Ana: Qasımova Sevil Səftər qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər