Qasımov Həsən Şöhrət
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qasımov Həsən Şöhrət

Ata adı: Şöhrət

🐣
Doğum — Hacıqabul Tağılı kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Hacıqabul Tağılı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Həsən Şöhrət oğlu Qasımov 27 may 1997-ci ildə Hacıqabul rayonunun Tağılı kəndində anadan olub. Uşaqlıq illərini kənddə keçirib. 2003-cü ildə Hacıqabul rayon Əziz Cəfərova adına Tağılı kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2014-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurub.

2016-cı ilin yanvar ayının 25-da Hacıqabul rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunun Ballıqaya kəndində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Həsən bir müddət orada xidmət etdikdən sonra rayonun Aşağı Ağcakəndində yerləşən "N" saylı hərbi hissəyə xidmətini davam etdirməyə göndərilib. 2017-ci ilin iyul ayının 11-də Vətən borcunu fərqlənmə ilə bitirərək evinə, ata-anasının yanına qayıdır. 2018-ci ilin iyul ayının 3-dən AQRO DAİRY MMC şirkətində mühafizəçi "security" vəzifəsində işə başlayıb. İşində olduqca məsuliyyətli, diqqətcil biri olub. Qısa zamanda mərdliyi, cəsurluğu, düzlüyü ilə iş kollektivi arasında böyük hörmət qazanıb.

2020-ci ilin setyabr ayından etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi zamanı, həmin ayın 21-də Həsən işdə olarkən Hacıqabul rayon Hərbi komissarlığı tərəfindən çağırılır və təlimlərdə iştirak etmək səbəbi ilə Beyləqana yola salınır. Müharibə başlayan gündən ön xəttə ən qızğın döyüşlərdə - Füzuli istiqamətində mərdliklə son damla qanına qədər döyüşür. Xəstə olduğu halda, komandirinin təkid etməsinə baxmayaraq, döyüş yoldaşlarını saxlayıb müalicə almaq üçün hərbi hospitala getməkdən imtina edir. Oktyabr ayının   27-də, səhər saat 09:22 radələrində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Qasımov Həsən Şöhrət oğlunun nəşi noyabr ayının 7-də doğulub, boya-başa çatdığı Hacıqabul rayonunun Tağılı kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. Şəhidimiz 2019-cu ilin iyul ayının 15-də ailə həyatı qurmuşdu, ondan geriyə sadəcə 15 aylıq ailə həyatı qalır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Qasımov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Həsən Qasımov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailədə mehriban, üzüyola, qayğıkeş, ailəcanlı gənc idi. Komandiri haqqında deyib: Həsən qələbəyə inamlı, çox ürəkli idi. Hətta yaralananda ona döyüşməyəcəyini deyəndə inadla döyüşə gedəcəyini dedi və sağalıb döyüşə qatıldı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Hacıqabul rayon Tağılı kənd tam orta məktəb
İş Yeri AQRO DAİRY MMC
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Qasımov Şöhrət Mənsim oğlu Ana: Qasımova Pünhan Gülağa qızı Bacı: Qasımova Esmira Şöhrət qızı Qardaş: Qasımov Qədir Şöhrət oğlu Həyat yoldaşı: Qasımova Aytəkin Vəli qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər