Qasımov İsmayıl Sadiq
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Qasımov İsmayıl Sadiq

Ata adı: Sadiq

🐣
Doğum — Sumqayıt
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İsmayıl Qasımov 17 dekabr 1989-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər 14 saylı orta məktəbin birinci sinfinə daxil olub və həmin məktəbi 2007-ci ildə bitirmişdir. Ailəli idi. Bir övladı var.
 

Qasımov İsmayıl 2008-ci ildə həqiqi hərbi xidmətə yollanmış və 2009-cu ildə xidmətini başa vurmuşdur.
Azərbaycan Ordusunun giziri İsmayıl Qasımov Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir. İsmayıl Qasımov 9 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhid olmuşdur. 10 dekabr 2020-ci ildə II Şəhidlər Xiyabanı  dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qasımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  İsmayıl Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə  tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, ailəcanlı, cəsur, dostcanlı, vətənpərvər, igid oğul olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sumqayıt şəhər, 14 saylı tam orta məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Qasımov Sadiq Tofiq oğlu Ana: Nəzərli Mahirə Qüdrət qızı Həyat yoldaşı: Qasımova Məftunə Nəsib qızı Oğlu: Qasımov Tofiq Sadıq oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər