Qasımov Mirağa Hafiz
Кiçik gizir
🇦🇿 Azərbaycan Şəhidi

Qasımov Mirağa Hafiz

Ata adı: Hafiz

🐣
Doğum — Cəlilabad Moranlı kəndi
🕊️
Şəhadət — Bakı Hərbi Hospital
📍
Dəfn Olunduğu Yer Cəlilabad Moranlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Кiçik gizir
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Zəngilan ⚔️ Cəbrayıl ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
"Zəngilanın azad olunmasına görə" medalı

"Zəngilanın azad olunmasına görə" medalı

Zəngilanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Qarabağ" ordeni

"Qarabağ" ordeni

"Qarabağ" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mirağa Qasımov 1995-ci il avqustun 1-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Orta təhsilini əvvəlcə, Moranlı kənd, sonra isə Qara Kazımlı kənd tam orta məktəbində almışdır.
Mirağa Qasımov 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2015-ci ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirağa Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirağa Qasımov oktyabrın 26-da Zəngilan döyüşləri zamanı ağır yaralanıb və Hərbi Hospitala aparılıb. 20 gün Koma vəziyyətində qaldığdan sonra noyabrın 12-də şəhid olub. Cəlilabad rayonunun Moranlı kəndində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli 2217 nömrəli Sərəncamına əsasən Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Mirağa Qasımov "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Qasımov "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Qasımov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  Mirağa Qasımov “Cəbrayılın azad olunmasına görə” medalı ilə tətif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Mirağa Qasımov Xocavəndin azad olunmasına görə” medalı ilə ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, cəsur, ailəcanlı, mehriban, igid oğul olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəlilabad rayon, Moranlı kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qasımov Hafiz Kamal oğlu Ana: Qasımova Minayə Sarbala qızı Qardaş: Qasımov Məhəmməd Hafiz oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər