Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Dadaş
Mustafa Qasımov 1995-cu il oktyabrın 2-də Tovuz rayonunun Qaralar kəndində anadan olub. 2002–2013-cü illərdə Qaralar kənd ümumi orta məktəbində təhsil alıb. Subay idi.
Mustafa Qasımov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mustafa Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mustafa Qasımov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 22-də Tovuz rayonunun Qaralar kəndində dəfn olunub.
Azərbaycan Ordusunun əsgəri olan Mustafa Qasımov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Mustafa Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, igid, cəsur, qorxmaz, mehriban insan idi.
Ata: Qasımov Dadaş Ana: Qasımova Nəzakət Qardaş: Qasımov Eldəniz Dadaş oğlu Bacı: Qasımova Esmira Dadaş qızı Bacı: Qasımova Xeyransa Dadaş qızı Bacı: Əliyeva Kövsər Dadaş qızı Qardaş: Qasımov Təhmasib Dadaş oğlu