Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Akif
Nayib Qasımov 1997-ci il iyunun 12-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2004-2014-cü illərdə Mahmudavar кənd tam orta məкtəbində təhsil alıb.
Nayib Qasımov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Hərbi xidmətini bitirəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. 2017-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi.
2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu olan Nayib Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nayib Qasımov oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş çavuş" rütbəsi alıb. Masallı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nayib Qasımov ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Hərbi xidmətlərə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edildi.
Nayib çox ağıllı, gülərüz, mehriban, zəhmətkeş insan olub.
Ata: Qasımov Akif Adıgözəl oğlu Ana: Qasımova Raifə Əlihəmzə qızı Qardaş: Qasımov Rəşad Akif oğlu Bacı: Qasımova Rufanə Akif qızı