Qasımov Qərib Şahbaz
Kiçik leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Qasımov Qərib Şahbaz

Ata adı: Şahbaz

🐣
Doğum — Tovuz Yuxarı Öysüzlü kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Tovuz Yuxarı Öysüzlü kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Kiçik leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Qasımov Qərib Şahbaz  oğlu 1997-ci  il oktyabrın 25-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. Qasımov Qərib  təhsilini Yuxarı Öysüzlü  kənd orta məktəbində alıb.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qasımov  Qərib Şahbaz oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.

Qasımov Qərib Yuxarı Öysüzlü kənd Qəbiristanlığında dəfn edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qasımov Qərib Şahbaz oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Tovuz rayon Yuxarı Öysüzlü kənd Müşviq Əliyev adına tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qasımov Şahbaz Şəmşəd oğlu Ana: Qasımova Almaz Ələkbər qızı Bacı: Qasımova Şahnaz Şahbaz qızı Bacı: Qasımova Aysel Şahbaz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər