Qasımov Səbuhi Telman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qasımov Səbuhi Telman

Ata adı: Telman

🐣
Doğum — Şəmkir
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Şəmkir Şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Səbuhi Qasımov 2001-ci il noyabrın 12-də Şəmkir rayonunda anadan olub. 2009–2018-ci illərdə C. Rüstəmov adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.

Səbuhi Qasımov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Səbuhi Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səbuhi Qasımov Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Noyabrın 18-də Şəmkir rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Qasımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səbuhi Qasımov ölümündən sonra "III dərəcəli Vətənə xidmətə görə " medalı ilə təltif edildi

Xatirələrdə Yaşayan Şəhid:

Şəhid Səbuhi Qasımov yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz biri olub. Şəhid Səbuhi Qasımovun nəşi şəhid olduqdan 12 gün sonra ailəsinə təhvil verilib.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəmkir şəhəri, Cahangir Rüstəmov adına tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qasımov Telman Mehti oğlu Ana: Qasımova Bahar Yusif qızı Qardaş: Qasımov Ayxan Telman oğlu Bacı: Qasımova Fidan Telman qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər