Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Ramiz
Təbriz Qasımov 16 fevral 1993-cü ildə Qəbələ rayonu Yemişanlı kəndində anadan olmuşdur. 1999-2008-ci illərdə Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbində təhsil almış, ardınca Şəki Pedaqoji Kollecində İbtidai sinif müəllimi ixtisasına üzrə təhsilini davam etdirmişdir. Q. Təbriz 2011-ci ildə həmin kolleci bitirmişdir.
Qasımov Təbriz 2012-ci ildə Sumqayıt Şəhərinin “N” Saylı hərbi hissəsində xidmət etmişdir. O, 2013–cü ildə hərbi hissədən tərxis olunduqdan sonra həmin hərbi hissədə qalaraq, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyətini davam etdirmişdir. 2015-2018-ci illərdə qədər Daxili Qoşunlarda gizir rütbəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun giziri olan Təbriz Qasımov, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsində könüllü iştirak etmiş, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Təbriz Qasımov 5 noyabrda Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur․
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Təbriz Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Təbriz Qasımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Təbriz Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, igid insan idi.
Ata: Qasımov Ramiz İsmayıl oğlu Ana: Qasımova Dilarə Məcnun qızı Qardaş: Qasımov Fariz Ramiz oğlu Bacı: Qasımova Gülnarə Ramiz qızı Həyat yoldaşı: Qasımova Aysel Kamran qızı Qızı: Qasımova Fatimə Təbriz qızı