Qasımov Tural Yelmar
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qasımov Tural Yelmar

Ata adı: Yelmar

🐣
Doğum — Goranboy Ağamalıoğlu kəndi
🕊️
Şəhadət — Tərtər Həsənqaya kəndi
📍
Dəfn Olunduğu Yer Goranboy Ağamalıoğlu kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Qasımov Tural Yelmar oğlu 23.05.1991-ci ildə Goranboyda doğulub.

Azərbaycan Ordusunun əsgəri olan Tural Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 11.10.2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Tural Qasımov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, "Vətən uğrunda" və “Cəsur döyüşçü ”medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tural Qasımov   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Qorxmaz, vətənpərvər, mərd, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Goranboy rayonu, Z.Məsimov adına Ağamalıoğlu kənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Qasımov Yelmar Şahmar oğlu Ana: Qasımova Mətanət Zahid qızı Bacı: Quliyeva Vüsalə Yelmar qızı Bacı: Qasımova Gülnar Yelmar qızı Qardaş: Qasımov Şahmar Yelmar oğlu Həyat yoldaşı: Qasımova Elmira Bəxtiyar qızı Oğlu: Qasımov Əli Tural oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər