Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Sədrəddin
Solmaz Qasımova 1961-ci ildə Bərdə rayonun Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kənd tam orta məktəbinin məzunudur.
2020-ci il oktyabrın 28-də Ermənistan Ordusu Bərdə şəhərinə beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli raketlərlə atəş aşaraq daha bir alçaq cinayəti həyata keçirib.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatına görə, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 4-ü qadın olmaqla, 20 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bərdə sakini Solmaz Qasımova Ermənistan Ordusu Bərdə şəhərinə beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli raketlərlə atəş açması nəticəsində həlak olmuşdur.
Ailəsinin dediyinə görə çox mehriban, insanlarla tez ünsiyyət quran, danışıb-gülən, ürəyiaçıq insan idi.
Ata: Qasımov Sədrəddin Səməd qızı Ana: Qasımova Reybə Ağayar qızı Həyat yoldaşı: Əliyev Natiq Kazım oğlu Oğlu: Əliyev Namiq Natiq oğlu Oğlu: Əliyev Nurlan Natiq oğlu