Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Sərdar
Tahir Qasımzadə 2001-ci il oktyabrın 31-də Suraxanı rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tahir Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Tahir Qasımzadə sentyabrın 29-da Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində, şərti adı "Üçtəpə" adlanan yüksəklikdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Tahir Qasımzadə ölümündən sonra "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tahir Qasımzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sakit insan olub, böyüklərə hörmət edib.
Ata: Qasımov Sərdar Tahir oğlu Ana: Fərzəliyeva Ruziyə Ruzi qızı Qardaş: Qasımzadə Məhəmməd Sərdar oğlu