Qədimov Güloğlan Nurəddin
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Qədimov Güloğlan Nurəddin

Ata adı: Nurəddin

🐣
Doğum — Kəngərli Qıvraq qəsəbəsi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Kəngərli Qıvraq qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Güloğlan Qədimov 1997-ci il iyulun 18-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur. 2003-2011-ci ildə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində, 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almışdır.
Güloğlan Qədimov 2018-ci ildə ali hərbi məktəbi "motoatıcı" ixtisası ilə bitirmiş və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmətə başlamışdır. Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Güloğlan Qədimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Güloğlan Qədimov sentyabrın 30-da şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 12-də Kəngərli rayon Qıvraq qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Güloğlan Qədimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Güloğlan Qədimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən Güloğlan Qədimov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı və “III dərəcəli Rəşadət ” ordeni  ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Qorxmaz, igid, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Heydər Əliyev adına hərbi lisey
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qədimov Nurəddin Ana: Quliyeva Rəqsanə

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər