Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Rəcəb
Elnur Qədirli 1997-ci il avqustun 27-də İsmayıllı rayonunun Diyallı kəndində anadan olub.
Elnur Qədirli 2020-ci il sentyabrın 29-da Hərbi Komissarlıq tərəfindən Vətən müharibəsinə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Elnur Qədirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Qədirli oktyabrın 7-də Suqovuşan döyüşləri zamanı itkin düşüb.
Elnur Qədirli şəhid statusu alıb.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2023 tarixli sərəncamına əsasın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu Elnur Qədirli “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2023 tarixli sərəncamına əsasın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu Elnur Qədirli “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elnur Qədirli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ata: Qədirov Rəcəb Kəbir oğlu Ana: Abdullayeva Gülxar Ramazan qızı Qardaş: Qədirov Elçin Rəcəb oğlu Qardaş: Qədirli Elvin Rəcəb oğlu Bacı: Qədirova Mehparə Rəcəb qızı