Qədirov Müqəddəs Nail
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qədirov Müqəddəs Nail

Ata adı: Nail

🐣
Doğum — Xaçmaz Dədəli kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Xaçmaz Dədəli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Müqəddəs Qədirov Nail oğlu 1992-ci il 14 may tarixində Xaçmaz rayon Dədəli kəndində anadan olub.
2010-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. 2017-ci ildə müddətdən artıq xidmət etmək üçün müraciət etmiş və qəbul olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Müqəddəs Qədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə olub. Müqəddəs Qədirov oktyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamların əsasən Müqəddəs Qədirov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Müqəddəs Qədirov   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Döyüş yoldaşları deyir ki, Müqəddəs çox vətənpərvər, cəsur döyüşçü idi. Ölümün gözünə dik baxırdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xaçmaz rayonu, Dədəli kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Qədirov Nail Şıxzadə oğlu Ana: Qədirova Zöhrə Veysəl qızı Həyat yoldaşı: Qədirova Ruhəngiz Cavid qızı Bacı: Niftəliyeva Gültəkin Nail qızı Övlad: Qədirova Nur Müqəddəs qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər