Qədirov Şahin Bayram
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Qədirov Şahin Bayram

Ata adı: Bayram

🐣
Doğum — Bakı Çeyildağ qəsəbəsi
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer Bakı Sofi Həmid Ziyarətgahı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şahin Qədirov 1990-cı il yanvarın 3-də Qaradağ rayonunun Çeyildağ qəsəbəsində anadan olmuşdur. 1996-2005-ci illərdə Siyavuş Muradov adına 224 nömrəli məktəbdə orta təhsil almışdır. Ailəli idi, Bayram adlı övladı yadigar qaldı.
2008-ci ilin yanvar ayının 5-də Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bir müddət Azərbaycan Quru Qoşunlarında xidmət etdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirmişdir. Şahin Qədirov adı çəkilən hərbi birləşmənin Yaşmada yerləşən "N" saylı hərbi hissəsində "gizir" rütbəsində xidmət edirdi.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şahin Qədirov Xüsusi Təyinatlı Qüvvələrin giziri olaraq savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

Azərbaycan Ordusunun giziri olan Şahin Qədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şahin Qədirov 5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yeirnə yetirilməsi zamanı şəhid olmuşdur. Qaradağ rayonunda dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Qədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Qədirov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Qədirov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şahin Qədirov ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Hələ məktəb vaxtından idmana böyük həvəsi olan Şahin bir neçə idman növü ilə məşğul olurmuş. Şahingil ailədə 5 uşaq olublar. Şahin uşaqların içində ən deyib-gülən, şən, zarafatcılı olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qaradağ rayonu 224 nömrəli məktəb
İş Yeri Xüsusi Təyinatlı Qüvvələrdə Gizir
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Qədirov Bayram Qələm oğlu Ana: Qədirova Zərifə Zəbi qızı Bacı: Həşimova Arzu Bayram qızı Qardaş: Qədirov Vüsal Bayram oğlu Qardaş: Qədirov Natiq Bayram oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər