Qədirzadə Aqşin Elman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qədirzadə Aqşin Elman

Ata adı: Elman

🐣
Doğum — Qəbələ Seyidqışlaq kəndi
🕊️
Şəhadət — Murovdağ
📍
Dəfn Olunduğu Yer Qəbələ Seyidqışlaq kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər ⚔️ Murovdağ

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Aqşin Qədirzadə 10 mart 1999-cu ildə Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olub. 2005-ci ildə Seyidqışlaq kənd məktəbində 1-ci sinifə getmişdir. 2014-cü ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Kənddə bir müddət işlədikdən sonra 2016-cı ildə çilingər peşəsinə yiyələnmək üçün Qəbələ rayonu Peşə məktəbinə getmişdir. 2017-ci ildə peşə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.
Aqşin Qədirzadə 2017-2018-ci illərdə Ədliyyə Nazirliyində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra kənddə bir neçə ay işlədikdən sonra yenidən Ordu Sıralarında xidmət üçün 15 may 2019-cu ildə kursa başlayıb, 12 iyul 2019-cu ildə həmin kursu moto atıcı manqa komandiri vəzifəsi ilə bitirmişdir. Şəmkirin Seyfəli kəndində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edib. Tovuz döyüşləri zamanı da döyüşlərdə iştirak etmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Aqşin Qədirzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Murovdağda gedən döyüşlər zamanı oktyabrın 4-də itkin düşmüşdür. Oktyabrın 18-i şəhid olduğu xəbəri gəlmişdir. Aqşin Qədirzadə dekabrın 18-də Qəbələ rayonunun Seyidqışlaq kəndində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Aqşin Qədirzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur, mərd, ailəcanlı, dostcanlı, vətənpərvər igid oğlan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qəbələ rayon, Seyidqışlaq kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Qədirova Səbinə Əli qızı Bacı: Qədirzadə Ayşən Elman qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər