Qəfərli Samir Möhlət
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qəfərli Samir Möhlət

Ata adı: Möhlət

🐣
Doğum — Ucar Bərgüşad kəndi
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Ucar Bərgüşad kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Cəbrayıl ⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Samir Qəfərli 1 noyabr 1994-cü ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. 2001-ci ildə Ucar rayon Bərgüşad kənd Şəhid Ağamusa Mustafayev adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbi bitirən Samir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə qəbul olmuşdur. Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası ilə təhsilini davam etdirmişdir. Təhsilində bir müddət fasilə yaranan Samir 2016-cı ildə təhsilini yenidən davam etdirmiş və 2019-cu ildə həmin məktəbi bitirmişdir. Təhsil aldığı müddətdə Samir Qəfərli Xəzər TV-də yayımlanan "Ata ocağı" serialına çəkilmişdir. 2019-cu ilin oktyabr ayında Samir Qəfərli hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Samir Qəfərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Sonuncu dəfə ailəsi ilə 15 oktyabrda əlaqə saxlamışdır. Cəbrayılın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əsgər Samir Qəfərli 30 oktyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 31 oktyabr 2020-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anasının yanında torpağa tapşırılmışdır. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Qəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Qəfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Qubadlı şəhərinin işğaldan azad olunmasına görə gedən döyüşlərdə xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Qəfərli "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Qəfərli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Samir Qəfərli ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Samir Qəfərli   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Samir çox mərhəmətli, mehriban, ailəcanlı, işgüzar, çalışqan oğlan olub. O, öz atasına, bacılarına qarşı çox diqqətli idi. Ətrafında çoxlu sayda dostları vardı və boş vaxtlarını dostları ilə birgə keçirərdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ucar rayon, Bərgüşad kənd orta məktəbi
Ali Təhsil Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qafarov Möhlət Əlisa oğlu Ana: Hümmətova Rəna Nəriman qızı Bacı: Qəfərli Aysel Möhlət qızı Bacı: Qəfərli Aynur Möhlət qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər