Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Abdulla
Qəhrəmanlı Yaqub Abdulla oğlu 1993-cü ildə Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Yaqub Qəhrəmanlı 2010-cu ildə Tərtər rayonu 2 saylı məktəb-liseyi bitirib. O, daha sonra Sumqayıt Dövlət Kollecində Yol Hərəkətinin Təşkili ixtisasına qəbul olub. Qəhrəmanlı Yaqub təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra Qəhrəmanlı Yaqub Sumqayıt Dövlət Kollecindən məzun olur.
Yaqub Qəhrəmanlı 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət keçmək üçün kursa yazılır və N saylı hərbi hissədə xidmətə başlayır.
İkinci Qarabağ döyüşlərinə MAHHXHQ kiçik çavuş kimi qatılan Qəhrəmanlı Yaqub sentyabın 29-da Ağdərədə gedən döyüşlər zamanı ağır yaralanır. Respublika Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olunandan bir müddət sonra evə buraxılan Yaqub Qəhrəmanlınin bir müddət sonra vəziyyəti pisləşir. Yaqub Qəhrəmanlı bir müddət Türkiyədə müalicə aldıqdan sonra vətənə gətirilir. Yaqub Qəhrəmanlı 2022-ci ilin may ayının 29-da Azərbaycanda xəstəxanada şəhidlik zirvəsinə ucalır. Şəhid, doğulduğu Tərtər rayonunun Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Yaqub Qəhrəmanlı ailəli idi, iki övladı yadigar qalıb.
Yaqub Qəhrəmanlı İkinci Qarabağ Müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamlarına əsasən “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Yaqub Qəhrəmanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Qəhrəmanov Abdulla Yaqub oğlu Ana: Qəhrəmanova Mətanət Muxtar qızı Həyat yoldaşı: Əliyeva Gülnar Əmrah qızı Oğlu: Qəhrəmanlı Yusif Yaqub oğlu Qardaş: Qəhrəmanlı Ülvi Abdulla oğlu Qardaş: Qəhrəmanlı Rahil Abdulla oğlu