Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Xəlil
Üzeyir Qəhrəmanov 1969-cu il fevralın 23-də Füzulinin Bala Bəhmənli kəndində anadan olub. 27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlayanda döyüşlərdə könüllü iştirak etmək üçün hərbi komissarlığa gedərək qeydiyyatdan keçib. 44 günlük Vətən müharibəsində gecə-gündüz bilmədən şəhid və yaralılarımıza xidmət edən ambulans sürücüsü Üzeyir Qəhrəmanov əsgərlərin olduğu ən təhlükəli mövqelərə yardımların aparılmasına və yaralıların döyüş meydanından çıxarılmasına köməklik göstərirdi. Düşmən mövqeyinin yaxınlığında döyüşən əsgərlərə göndərilən yardımların vaxtlı-vaxtında çatdırılması ən çətin vəzifələrdən biri idi. Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının bir çox kəndlərinə yardımların çatdırılması ilə yanaşı, yaralı əsgərlərin də döyüş meydanından çıxarılmasında da Üzeyirin xüsusi əməyi olub. O, ayağı yaralı əsgərlərə evdən apardığı yüngül ayaqqabıları paylayırmış. Sonuncu dəfə Laçın rayon Güləbird kəndi istiqamətində maşınla yardım apararkən mənfur düşmənin minaladığı əraziyə tuş gəlir. Maşının minaya düşməsi nəticəsində sürücü elə ordaca şəhid olur. Səsə çoxlu sayda erməni əsgərlərinin gəldiyini görən Üzeyir yaralı halda maşından çıxaraq bir neçə yüz metrlik məsafəyə sürünür və orada gizlənir. Düşmənin uzaqlaşmaması Üzeyirin həmin ərazidən çıxmasına imkan vermir və o, qan itirmədən şəhidlik məqamına ucalır. Üzeyir əlində silah düşmənə qarşı vuruşan əsgər qədər qorxmaz, fədakar, cəsur və vətənini canından çox sevən bir insan idi. O, 2 dekabr 2020-ci ildə öz doğma kəndində son mənzilə sola salınıb. Ailəli olan şəhidimizin üç övladı vətənə əmanətdir.
Vətənpərvər, ailəcanlı, dostcanlı, çevik və yorulmaz idi.
Həyat yoldaşı: Qəhrəmanova Aytəkin Vəzir qızı, 23.01.1974 Qızı: Qəhrəmanlı Mehin Üzeyir qızı, 31.10.1997 Oğlu: Qəhrəmanlı Xəlil Üzeyir oğu, 16.11.1998 Qızı: Qəhrəmanlı Fəridə Üzeyir qızı, 24.04.2000 Bacısı: Qəhrəmanova Validə Xəlil qızı, 16.10.1956