Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ramin
Qəhrəmanova Ləman Ramin qızı 2002-ci il arelin 16-da Gəncə şəhərində doğulmuşdur. 2009-cu ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. Arzusu dizayner olmaq idi.
Qəhrəmanova Ləman 2020-ci ildə oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nəticəsində yaxın qohumları Qəhrəmanova Xatirə, Xəlilli Məryəm, Xəlilli Orxan ilə birlikdə həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qəhrəmanova Ləman Ramin qızına şəhid statusu verilmişdir.
Müəllimlərinin sevimli şagirdi olub, savadlı, tərbiyəli, qabiliyyətli xanım idi.
Ata: Qəhrəmanov Ramin Ramiz oğlu Ana: Qəhrəmanova Vəfa Mustafa qızı Qardaş: Qəhrəmanov Kənan Ramin oğlu