Qəhrəmanova (Xəlilova) Xatirə Ramiz
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Qəhrəmanova (Xəlilova) Xatirə Ramiz

Ata adı: Ramiz

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Gəncə
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Qəhrəmanova Xatirə Ramiz qızı 1986-cı il avqustun 2-də Gəncə şəhərində doğulmuşdur. 1991-ci ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi bitirmişdir. 2008-ci ildə ailə həyatı qurmuşdur.  İki övlad anası idi. 

Qəhrəmanova Xatirə   2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin  Gəncəni raket atəşinə tutması nəticəsində hər iki  övladı Xəlilli Məryəm və Xəlilli Orxan ilə birlikdə həlak olmuşdur. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qəhrəmanova Xatirə Ramiz qızına şəhid statusu verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Ağıllı, səmimi, təmkinli, qoçaq, bacarıqlı ana idi. Onların təhsili üçün əlindən gələni edirdi. Hamının qayğısına qalan, xoşxasiyyətli, gülərüz xanım idi. Qohumlar, qonşular arasında böyük hörmət qazanmışdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 29 saylı orta məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Qəhrəmanov Ramiz Xanlar oğlu Ana: Qəhrəmanova Pakizə Adil qızı Qardaş: Qəhrəmanov Ramin Ramiz oğlu Bacı: Məmmədova Tahirə Ramiz qızı Həyat yoldaşı: Xəlili Qoşqar Sabir oğlu Oğlu: Xəlili Orxan Qoşqar oğlu Qızı: Xəlili Məryəm Qoşqar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər