Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Rayil
Elmir Qənbərov 1982-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Elmir Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və fərqlənib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Qənbərov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Qənbərov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Qənbərov "Qubadlıının azad olunmasına görə" medalı ilə təltif edildi.
Dekabrın 27-də saat 15:30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan Silahlı Qüvvələrinin qalıqlarından ibarət 6 nəfər Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə əsgər Elmir Qənbərov şəhid olub. Görülən tədbirlər nəticəsində isə qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elmir Qənbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailə üzvlərinin, dostlarının, sinif yoldaşlarının, qohumlarının sevimlisi, cəsur, qorxmaz, məsuliyyətli, vətənpərvər, qayğıkeş insan kimi xatırlanır.
Ata: Qənbərov Rayil Pirəli oğlu Ana: Balakişiyeva Yaqut Vəli qızı Həyat yoldaşı: Paşayeva Aynur Çaparxan qızı Oğlu: Qənbərli Polad Elmir oğlu Qızı: Qənbərli Sərvinaz Elmir qızı Qardaş: Qənbərov Emil Rayil oğlu Qardaş: Qənbərli Zaur Rayil oğlu Qardaş: Qənbərli Hacıbaba Rayil oğlu