Qəniyev Cahid Şaiq
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Qəniyev Cahid Şaiq

Ata adı: Şaiq

🐣
Doğum — Lerik Sorus kəndi
🕊️
Şəhadət — Tərtər
📍
Dəfn Olunduğu Yer Biləsuvar Çaylı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cahid Qəniyev 1994-cü il fevralın 18- də Lerik rayonun Sors kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı.

Azərbaycan Ordusunun giziri olan Cahid Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cahid Qəniyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. O, 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kənd məzarıstanlığında dəfn edilir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahid Qəniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cahid Qəniyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zmanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cahid Qəniyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.


 Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cahid Qəniyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Şəhid anasının dediklərinə görə, Cahid çox mehriban, gülərüz, zarafatı sevən biri idi. Ailəsinə bağlı, qayğıkeş və diqqətcil olmuşdur. Vətənpərvər ruhda böyümüşdü. Özündən böyüklərə və kiçiklərə hörmət edər, heç kimin xətrinə dəyməzdi. Sözü bütöv idi, eşitdiyi hər şeyi danışmazdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəhid Əlimərdan Hüseynov adına 5 saylı Çaylı kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Şaiq Qəniyev Mirhəsən oğlu Ana: Bəsti Qəniyeva Ağaşirin qızı Bacı: Aytəkin Qəniyeva Şaiq qızı Bacı: Lətafət Qəniyeva Şaiq qızı Qardaş: Mirsahib Qəniyev Şaiq oğlu Həyat yoldaşı: Ayşən Qəniyeva Fərhad qızı Oğlu: Fərid Qəniyev Cahid oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər