Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Elmir
Fəxri Qəribzadə 10.01.1994-cü ildə Bərdə rayon Güloğlular kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid Fəxri Qəribzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə Suqovuşanın azad edilməsində iştirak edib. Oktyabrın 10-da Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhidin anası Mehparə Qəribova Fəxrinin hərbidəki xidmətlərindən və ömür yolundan danışıb. Bildirib ki, nişanlı olan oğlunun toyuna hazırlaşırdı. Ancaq işğalçı Ermənistanın başlatdığı müharibə onun arzularını yarımçıq qoyub. Bu gün xalqımıza böyük Qələbənin sevincini yaşadan dövlətimiz kimi ailəsində də Fəxrinin xatirəsi əziz tutulur. Bacısı Türkanənin üç aydır ki, dünyaya gəlmiş körpəsi şəhid qardaşı Fəxrinin adını daşıyır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Fəxri Qəribzadə ölümündən sonra "Vətən uğrunda" medal ilə təltif edilib.
Şəhid Fəxri Qəribzadə, həmçinin, “Suqovuşanın azad olunmasına görə” və ”Cəsur döyüşçü" medallları ilə də təltif edlib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Fəxri Qəribzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, yorulmaz, işgüzar, ailəcanlı, uşaqla-uşaq, böyüklə-böyük kimi rəftar edirdi.
Ana: Qəribova Mehparə Süleyman qızı Bacı: Qəribova Türkanə Elmir qızı