Qeybəliyev Elvin Ağalar
Kapitan
🇦🇿 Azərbaycan Şəhidi

Qeybəliyev Elvin Ağalar

Ata adı: Ağalar

🐣
Doğum — Bakı Sabunçu rayonu
🕊️
Şəhadət — Xocavənd Qırmızı Bazar
📍
Dəfn Olunduğu Yer Bakı İkinci Fəxri Xiyaban
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Kapitan
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Qeybəliyev Elvin Ağalar oğlu 22 iyun 1986-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində anadan olmuşdur. Sabunçu rayonu, Pirşağı qəsəbəsinda yerləşən 188 saylı  məktəbdə oxumuş, daha sonra təhsilini Cəmşid Naxçivanski adına Hərbi liseydə davam etdirmişdir. Liseydən məzun olduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur.  Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş, "Kapitan" hərbi rütbəsinə qədər yüksəlmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qeybəliyev Elvin Ağalar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qeybəliyev Elvin Ağalar oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və   “Azərbaycan bayrağı”  ordeni ilə təltif edilmişdir.  

Ailəli idi, Vətənə yadigar 5 övladı qalmışdır.

Şəhid kapitan Qeybəliyev Elvin ikinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Ağır təbiətli, imanlı, vətənpərvər, peşəkar hərbi qulluqçu olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 188 saylı tam orta məktəbi
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Qeybəliyev Ağalar Həsən oğlu Ana: Qeybəliyeva Məhbubə Əmir qızı Həyat yoldaşı: Zeynalova Sənurə Əjdər qızı Oğlu: Qeybəliyev Hüseyn Elvin oğlu Qızı: Qeybəliyeva Zəhra Elvin qızı Qızı: Qeybəliyeva Fatimə Elvin qızı Qızı: Qeybəliyeva Rüqəyya Elvin qızı Oğlu: Qeybəliyev Məhəmmədəli Elvin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər