Qubatov Tural Firəddin
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Qubatov Tural Firəddin

Ata adı: Firəddin

🐣
Doğum — Füzuli Böyük Bəhmənli kəndi
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer Füzuli Böyük Bəhmənli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Tural Firəddin oğlu Qubatov 4 iyul 1998-ci ildə Füzuli rayonu Böyük Bəhmənli kəndində anadan olub.

1998-ci il iyunun 4-də Füzuli rayonun Böyük Bəhmənli kəndində döyüşçü ailəsində dünyaya gələn Tural uşaq yaşlarından hərbçi olmağı arzulayırdı. Atasının yolunu davam etdirmək arzusu ilə yaşayan Tural həqiqi hərbi xidməti başa vurduqdan sonra ordu sıralarında qalmağı qərara aldı.

Şəhid atası deyir ki, oğlu müddətdən artıq hərbi xidmətçi kimi həmlə taborunda ön cəbhədə döyüşürdü. Alxanlı istiqamətindən başlayan əks-hücum zamanı pulemyotçu olaraq düşmənə qarşı mərdliklə vuruşub. O və hərbçi yoldaşları 30 illik erməni səddinin yarılmasında şücaət göstəriblər. Daha sonra Tural və döyüşçü yoldaşları Cəbrayıl istiqamətində düşmənə qarşı mərdliklə vuruşublar. Sentyabrın 28-də gərgin döyüşlərdən birində Tural qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb.

Şəhidin bibisi Füruzət Qubatova onun barəsində qürurla danışaraq deyir: “Tural hələ uşaq yaşlarından seçilən bir oğul idi. Mərdliyi, qorxmazlığı ilə yaşıdlarından fərqlənirdi. Cəbhə bölgəsinə yaxın yaşadığımız üçün hər zaman deyərdi ki, biz o torpaqları azad edəcəyik, düşməni doğma torpaqlarımızdan çıxaracağıq. Canını da Vətən uğrunda fəda etdi”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Cəsur döyüşçü " medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Tural Qubatov   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, sadə, vətənpərvər, ailəcanlı bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Füzuli rayon, Etiram Bayramov adına Böyük Bəhmənli kənd 1 saylı tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qubatov Firəddin Yunis oğlu Ana: Qubatova Nazilə Arif qızı Qardaş: Qubatov Məkan Firəddin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər