Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: İsmi
Zülfüqar Qubadov 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman кəndində anadan olub. Zülfüqar Qubadov 1982-1992-ci illərdə Dilman кənd tam orta məкtəbində təhsil alıb. 1992-1995-ci illərdə Ali Birləşmiş Komandanlıq Məкtəbinə (BABKM) ali hərbi təhsil alıb.
Zülfüqar Qubadov 1995-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 1999-2008-ci illərdə isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyyata buraxılıb.
Azərbaycan Ordusunun kapitanı olan Zülfüqar Qubadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülfüqar Qubadov oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Qubadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Qubadov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Qubadov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Vətənpərvər, intizamlı, peşəsini sevən, ciddi, ürəyi yumuşaq, mehriban insan olduğu bildirilir.
Ata: Qubatov İsmi Fətəli oğlu Ana: Qubatova Gülinə Allahverən qızı Qardaş: Fətəliyev İzzətəli İsmi oğlu Bacı: Ağayeva Şəmsiyyə İsmi qızı Bacı: Baxışova Vüsalə İsmi qızı Bacı: Allahyarova İlhamə İsmi qızı Bacı: Piriyeva Salehə İsmi qızı Qardaş: Qubatov Yaşar İsmi oğlu Qardaş: Qubatov Babək İsmi oğlu Qardaş: Qubatov Faiq İsmi oğlu Qardaş: Qubatov Araz İsmi oğlu Həyat yoldaşı: Qubatova Aynur Mirələm qızı Oğlu: Qubatov Ömər Zülfüqar oğlu Qızı: Qubatova Şəbnəm Zülfüqar qızı Qızı: Qubatova Nəzri Zülfüqar qızı