Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Xaydaroviç
Rəcəb Qulamov 31 mart 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Subay idi. Rəcəb Qulamov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyət göstərmişdir. 8 sentyabr 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Rəcəb Qulamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəcəb Qulamov 1 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi onun itkin olduğunu bildirərək intensiv axtarışlara başlamışdır. Nəticədə, Rəcəb Qulamovun nəşi 19 fevral 2021-ci ildə tapılaraq Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qulamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qulamov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qulamov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Vətəni,torpağını, ailəsini sevən, cəsur gənc idi.
Ata: Qulamov Heydər Rəcəb oğlu Ana: Qulamova Solmaz Sumbat qızı Bacı: Qulamova Məryəm Heydər qızı